Dünyanı Qucaqlayan Xidmət Keyfiyyəti

Neocom Kommunikasiya Texnologiyaları

Neocom Kommunikasiya Texnologiyaları

Neocom 2009 – cu ildə uzun illərin təcrübəsini səs və network həllərində birləşdirən heyət tərəfindən qurulmuş bir informasiya texnologiyaları şirkətidir. Yarandığı gündən bəri sektorda bir çox əhəmiyyətli kabel keçidi, səs və network layihəsinə imza atmış və öhdəsinə götürdüyü hər bir layihəni uğurla başa çatdırmışdır. İşlədiyi istehsalçılara dair bütün sertifikatlarını tamamlayan Neocom, müştəriləri üçün ucdan-uca səs və network həlləri hazırlayan və müştəri məmnuniyyətinə əhəmiyyət verən bir firmadır.

Texnologiyanın öz əhəmiyyətini həyatımızda günbəgün daha da çox hiss etdirdiyi müasir dövrdə Neocom hər gün daha da təkmilləşərək irəliyə doğru addımlayır. İstanbul, Ankara və Bakı ofisləri ilə ölkəmizin dörd bir yanında və bundan əlavə bir çox xarici ölkələrdə müştəriləri informasiya texnologiyaları sahəsində ən yeni texnologiyalarla təmin edərək, onların səs, verilənlər, network və kabelləşmə ilə əlaqədar layihələrini həyata keçirməklə yanaşı, sistemlər üçün 7 gün 24 saat fasiləsiz texniki dəstək xidməti də göstərir.

Həyata keçirdiyi layihələrlə daim birincilik əldə edərək, müştəri məmnuniyyətinə öncəlik verən Neocom, inkişaf edən son texnologiyaları hər zaman yaxından izləməklə onların ehtiyaclarını ən etibarlı şəkildə, ən əlverişli şərtlərlə və ən yeni texnologiya ilə qarşılamaq məqsədi güdür.

Təqdim etdiyi hər bir həll metodu sahəsində ən peşəkar mütəxəssisləri ilə xidmət göstərməklə, dünyadakı lider informasiya texnologiyaları firmaları ilə əməkdaşlığını ən effektiv şəkildə davam etdirmək Neocom-un əsas prinsipidir. Neocom-un peşəkar heyəti istehsalçıların verdiyi bütün sertifikatlara sahibdir.

Neocom-un effektiv bir şəkildə əməkdaşlıq etdiyi və günbəgün daha sıx əlaqələr qurduğu biznes ortaqları, fəaliyyət göstərdikləri sektorda ən çox müvəffəqiyyət qazanmış AMP, APC, AXIS, Cisco, EMC, Estap, Fortinet, HCS, HP, Lande, NEC, Ruckus, Samsung, Vmware, Veeam kimi firmalardır.

Struktur kabelləşdirmə, Network, Telefon stansiyası, Call Center və Data center strukturları, Server backup və virtuallaşdırma, Storage, Firewall və CCTV həlləri təqdim edən Neocom müştərilərini geniş yelpazədə mükəmməl xidmətlə təmin etmək üçün geniş işçi heyəti ilə birgə fəaliyyət göstərir.

Yaxın gələcəkdə Neocom ailəsini bir çox layihə, hədəf və fikirlər gözləyir.

Keyfiyyət, texniki infrastruktur, təhlükəsizlik, sürət, problem həll etmə bacarığı və müştəri yönlü xidmət anlayışı ilə sektorda əhəmiyyətli bir yerə sahib olan Neocom, bütün köhnə, yeni və potensial müştəriləri ilə özünü və xidmətlərini daha yaxşı təqdim etməyi və onlarla qurduğu pozitiv əlaqələri davam etdirməyi hədəfləyir.

Top